Baş nazirin qəbuluna təyyarə ilə gedən qoyun öldü  - FOTO
07 iyun 2011 23:17 (UTC +04:00)

Baş nazirin qəbuluna təyyarə ilə gedən qoyun öldü - FOTO

Avstraliyanın ən məşhur qoyununun ölməsi bütün ölkədə kədərlə qarşılanıb.

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, qoyun 1998-ci ildə sürüdən ayrı düşüb. 6 il sonra dağlıq ərazidə tapılan qoyun hamını təəccübləndirib. Şrek adlı qoyun o zaman təyyarə ilə Vellinqton şəhərinə, baş nazirin qəbuluna gətirilib. Canlı yayımda qırxılan qoyundan 27 kq yun əldə edilib. Halbuki normal qoyunlarda yun çıxımı 3 kq-ı keçmir.

16 yaşlı qoyun xəstə olduğu üçün kəsilib. İndiyədək çoxsaylı reklam kampaniyasında iştirak edən qoyun xeyriyyə məqsədi ilə milyonlarla pul toplanmasına yardım edib. Şrek həmçinin bir çox uşaq kitablarının qəhrəmanıdır.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1786

Oxşar yazılar