Bəhreyndə polis şiələrin aksiyasına sərt müdaxilə edib
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, yürüş zamanı “Kral Hamadı devirin!”, “Xalq rejimin devrilməsini istəyir!” şüaları da səsləndirilib. Ölkədə ən böyük müxalif qüvvə olan və ətrafında şiələri birləşdirən Vefak Qurupnun yaydığı açıqlamada paytaxt Manila ətrafındakı şiə kəndlərində keçirilən aksiyalara polisin sərt müdaxilə etdiyi bildirilib.
Polis aksiyaya gözyaşardıcı qaz, plastik mərmi, səs bombaları və saçma atan silahlarla müdaxilə edib. “Vefak” yetkilisi Seyyid Hadi deyib ki, bu müdaxiləni qınayırlar. O, dini məqsədli bu yürüşün çox normal olduğunu, yüz illərdir ki, keçirildiyini vurğulayıb. Seyid Hadi qeyd edib ki, rəsmilər dini mərasimlə bağlı keçirilən yürüşə müdaxilə etməyəcəklərini vəd etsələr də, əksinə hərəkət ediblər.
Müşahidəçilər isə olayların Bəhreyndə keçiriləcək “Formula 1 Grand Prix” yarışmasına iki gün qalmış baş verməsinə diqqət çəkiblər. Bu yarışın mart ayında keçirilməsi nəzərdə tutulsa da, həmin ay ölkədə keçirilən aksiyalar ucbatından iyun ayına təxirə salınıb.

488