Afinada yüz minlərlə insan küçələrə axışıb
Yunanıstanın paytaxtı Afinada ölkənin dörd tərəfindən gələn 150 mindən çox insan hökumətə, Avropa Birliyinə və Beynəlxalq Valyuta Fonduna etiraz edir. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında başlayan etiraz aksiyasının müasir Yunanıstan tarixində ən kütləvi aksiya olduğu bildirilir.
Afinanın mərkəzindəki geniş bir bölgədə nəqliyyatın hərəkətinin dayandırılması səbəbindən aksiyada iştirak etmək istəyənlərin çoxu metro yolu ilə parlamentin yerləşdiyi Sintaqmaya axın edib. Gecə boyu davam edən aksiyaya aralarında işçi, pensiyaçı və tələbələrin də olduğu 150 mindən çox insan qatılıb. Bəzi nümayişçilər parlament binasının pəncərələrinə lazer işığı salıb, “hədəfdəsiniz” deyərək qışqırıblar.
Qeyd edək ki, Avropa Birliyi, Avropa Mərkəz Bankı və BVF-dən ibarət “üçlük” ilə Yunanıstan hökuməti arasında keçirilən müzakirələr nəticəsində keçən il 110 milyard avroluq xilasetmə paketi hazırlanıb. Ağır borc yükü altındakı Afina 65 milyard avroluq yeni kredit almaq üçün də təşəbbüs göstərib.
Ancaq “üçlü”-yün yeni kreditin verilməsini 2015-ci ilə qədər xərclərin azaldılması istiqamətində əlavə tədbirlər görülməsinə və 50 milyard avroluq sürətli özəlləşdirmə şərtinə bağlaması xalqın qəzəbini artırıb.

447