Colan təpələrində qətliam: 20 ölü, 335 yaralı
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, 20 nəfər həyatını itirib, 325 nəfər yaralanıb.
Qeyd edək ki, 1967-ci ildə 6 günlük savaş nəticəsində İsrail Qərbi Şerianı və Şərqi Qüdsü İordaniyadan, Colan təpələrini Suriyadan, Qəzza sektorunu da Misirdən alıb. İsrail 2005-ci ildə Qəzza sektorundan çəkilib.
ABŞ prezidenti Barak Obama mayın ortalarında verdiyi bəyanatda 1967-ci ildən əvvəlki sərhədlər çərçivəsində Fələstin dövlətinin yaradılmasının zəruri olduğunu bəyan edib. İsrailin baş naziri Binyamin Netenyahu isə 1967-ci ildəki sərhəd xəttini qəbul etməyəcəklərini vurğulayıb. O, 1967-ci il sərhədlərinə dönülərsə, yəhudi yaşayış məskənlərinin bu sərhədlərdən kənarda qalacağını bildirib. Qərbi Şeriada 300 min yəhudi yaşayır.

550