Əhmədinejadın Ermənistan səfəri təxirə salındı
06 iyun 2011 10:14 (UTC +04:00)

Əhmədinejadın Ermənistan səfəri təxirə salındı

İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfəri təxirə salınıb. Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan səfərin qarşılıqlı razılaşma əsasında təxirə düşdüyünü bildirib.

Arzumanyan səfərin tərəflərin maraqlarına cavab verən başqa müddətdə baş tutacağını vurğulayıb.

Xatırladaq ki, İran prezidenti iyunun 6-da Ermənistana səfər etməliydi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar