“Əfsanəvi döyüşçü” öldürüldü
Pakistanda “əl-Qaidə” terror təşkilatının üzvü, dünyanın ən təhlükəli terrorçularından biri sayılan, “Əfsanəvi döyüşçü” ləqəbi qazanan İlyas Kaşmiri ABŞn pilotsuz təyyarəsindən endirilən aviazərbə nəticəsində ölüb. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, “əl-Qaidə”nin faksla xarici ölkələrin informasiya agentliklərinə göndərdiyi açıqlamada qeyd olunur ki, İlyas Kaşmiri Cənubi Vəziristanda şəhid olub və buna görə ABŞ-dan intiqam alınacaq.
Pakistan kəşfiyyatı da İlyas Kaşmirinin hava hücumu zamanı öldürülən 9 silahlıdan biri olduğunu təsdiqləyib. O, Pakistanda ən çox axtarılan 5 terrorçudan biridir. Bu, Üsamə bin Ladenin öldürülməsindən sonra “əl-Qaidə”yə vurulan ikinci ən böyük zərbə sayılır.

542