Yaralı Saleh danışdı
04 iyun 2011 12:45 (UTC +04:00)

Yaralı Saleh danışdı

Dünən Xaşid tayfasının silahlı üzvlərin Prezident Sarayını artilleriya atəşinə tutması nəticəsində yaralanan Yəmən prezidenti Əli Abdulla Saleh bir neçə saat sonra Yəmən Dövlət Televiziyasında xalqa müraciət edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Əli Abdulla Saleh Yəməndə dövlət çevrilişinə cəhd olduğunu bəyan edib və buna görə məsuliyyəti müxalif mövqedə olan Xaşid tayfasının daşıdığını vurğulayıb.

Qeyd edək ki, Əli Abdulla Saleh Prezident Sarayı kompleksində məsciddə olarkən əraziyə 2 mərmi atılıb. Nəticədə Yəmən prezidentinin 7 mühafizəçisi həyatını itirib. Əli Abdulla Saleh isə başından yüngül qəlpə yarası alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar