Suriya yenə qan gölünə çevrildi
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, müxaliflər bu dəfə hökumət əleyhinə aksiyaların başladığı mart ayından bu günə qədər təhlükəsizlik qüvvələri tərəfindən öldürülən 30 uşağa həsr ediblər.
Hama şəhərində mərkəzi meydana minlərlə insan toplaşıb. Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına atəş açıb, ən azı 53 nəfər həyatını itirib. Paytaxt Dəməşqdə 1 nəfər, İdlib əyalətində isə 2 nəfər, Rastan şəhərində 7 nəfər aksiyalar zamanı öldürülüb. Dera və Humus şəhərində də təhlükəsizlik qüvvələri silaha əl atıblar.

443