Obama Liviya ilə bağlı Konqresə izahat verəcək
ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün Barak Obamanın Konqresin icazəsi olmadan Liviyadakı hərbi əməliyyatlardan amerikalı hərbçilərin iştirakı ilə bağlı izahat verməsini tələb edən qətnaməni müzakirəyə çıxaracaq. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, qətnamə layihəsi qəbul edilərsə, Barak Obama Liviyada Müəmmər Qəddafi rejiminə qarşı əməliyyatların hansı hərbi və siyasi məqsəd daşıdığına və hərbi əməliyyatların nə vaxta qədər davam edəcəyinə də aydınlıq gətirməlidir.
Nümayəndələr Palatası ABŞ-ın bu müharibədən çıxması barədə Demokrat Partiyasının təmsilçisinin təklifinə də baxmaq niyyətindədir.
Nümayəndələr Palatası ABŞ-ın bu müharibədən çıxması barədə Demokrat Partiyasının təmsilçisinin təklifinə də baxmaq niyyətindədir.
447