Bin Ladeni “donuz gülləsi” ilə öldürüblər
03 iyun 2011 14:29 (UTC +04:00)

Bin Ladeni “donuz gülləsi” ilə öldürüblər

ABŞ hərbi dəniz piyadalarının 6-cı bölüyü mayın 2-də “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladeni Pakistanın Abbotabad şəhərindəki villasına hücum və terrorçunun öldürülməsi zamanı donuz yağı ilə yağlanmış güllələrdən istifadə edib. Lent.az-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Silver Bullet Gün Oil” saytı məlumat yayıb.

Saytın sahibi keçmişdə dəniz piyadalarında nişançı olduğunu qeyd edib. O, donuz yağı ilə yağlanmış güllələr “terrorçuların cənnətə düşməsinin qarşısını almaq” üçün buraxıldığını vurğulayıb. Ümumiyyətlə, xüsusi olaraq hazırlanan bu güllələrin 13 faizi donuz yağından ibarətdir. Güllə üçün hazırlanan donuz yağının emal edildiyi sexə mülki vətəndaşlar buraxılmır.

Güllə üçün donuz yağı ABŞ Kənd Təsərrüfatı Nazirliyinin standartlarına uyğun istehsal edilir. 118 millilitr, yəni bir butulkada olan 4 unsiya yağın qiyməti 8,95 dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572

Oxşar yazılar