Rusiyada hərbi sursat anbarında yanğın və partlayış baş verdi
03 iyun 2011 10:46 (UTC +04:00)

Rusiyada hərbi sursat anbarında yanğın və partlayış baş verdi

İyunun 2-də axşam saatlarında Rusiyada hərbi bazanın sursat anbarında yanğın baş verib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, hərbi sursat anbarı Udmurtiyanın Puqaçevo qəsəbəsində yerləşir.

Yanğın nəticəsində anbarda olan mərmilər partlamağa başlayıb. Anbarda 60 ton trotil ekvivalentinə bərabər reaktiv mərmilər var. Partlayışlar hələ də davam edir. Hərbi sursat anbarında yanğın və partlayışların qarşısını almaq üçün əraziyə iki ədəd “İL-76” təyyarəsi, ağır texnika və traktorlar göndərilib. Əsgərlərdən biri artıq Puqaçeva qəsəbəsindən əsər-əlamət qalmadığını bildirib.

Partlayışlar başlayandan sonra təcili Udmurtiyada hərbi sursat anbarı ətrafında 10 kilometr radiusdakı ərazidə yaşayan 28 mindən çox insan evakuasiya edilməyə başlanılıb. 28 nəfər xəsarət alıb, 8 nəfər xəstəxanaya yerləşdirilib.
# 395

Oxşar yazılar