Tələbə “iPad 2” almaq üçün böyrəyini satıb
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, “iPad 2” markalı smartfon sahibi olmağı arzulayan tələbə bu ilin aprelində internetdə insanların necə orqanlarını satdığı və aldığı barədə müzakirələrin iştirakçısı olub.
Bu müzakirələr zamanı tələbənin ağlına belə bir ideya gəlib ki, böyrəklərindən birini satsın və arzuladığı “iPad 2” alsın. O, forumda orqan ticarəti ilə məşğul olan 3 kişi ilə tanış olub. Ona bildirilib ki, bir böyrəyi müqabilində ona 3 min dollar veriləcək. Tələbə böyrəyinin birini satmağa razılaşıb. Bir neçə gün sonra onu Xunan əyalətindəki hospitala gətirib, 1 böyrəyini götürüblər. Tələbə vəd olunan 3 min dollardan əlavə, 300 dollar da alıb.
Yeniyetmənin anası deyib ki, oğlu evə “iPad 2” və “iPhone” ilə gəlib: “Mən o vaxt onun bu pulu haradan aldığını fikirləşdim. Bir neçə gün sonra o, hər şeyi danışdı. Mən şoka düşdüm və çox əsəbiləşdim. Polisə getdim və oğlumu bu işə cəlb edən kişilərin telefonlarına zəng açılmasını istədim. Ancaq onların telefonları söndürülmüşdü”.
Bir müddət sonra tələbə təəssüflə bildirib ki, səhhəti kəskin pisləşməyə başlayıb...

705