Vəba yenə qayıtdı
02 iyun 2011 16:17 (UTC +04:00)

Vəba yenə qayıtdı



Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Haiti Səhiyyə Nazirliyi son günlər paytaxt Port-au-Princə yaxın bölgələrdə 10 nəfərin həyatını itirdiyi, Carrefour şəhərində minlərlə insanın xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Hər gün xəstəxanalara yüzlərlə vəbaya yoluxmuş insan gətirilir. Vəbanın yenidən yayılmasının səbəbi leysan yağışlar və kommunal şəraitin olmamasıdır.

Qeyd edək ki, 2010-cu ilin son aylarında Haitidə vəba epidemiyası nəticəsində 5 min 332 nəfər həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar