Yəməndən yenə ölüm xəbərləri gəlir
Yəmənin Taiz şəhərində Xaşid tayfasının lideri Şeyx Sadık əl-Ahmarın tərəfdarları ilə prezident Əli Abdulla Salehə sadiq hərbçilər arasında silahlı qarşıdurma baş verib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Taiz şəhərində baş verən qarşıdurmada ölən və yaralananlar haqqında hələ məlumat verilmir.
Bu arada paytaxt Səna şəhərindən 15 kilometr kənardakı nəzarət postunda Şeyx Sadık əl-Ahmara dəstək məqsədilə şəhərə gələn minlərlə tayfa üzvü ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada ən azı 15 nəfərin öldüyü bildirilir.

515