Ukraynada daşla öldürülən qız müsəlman deyilmiş
Lent.az-ın “Cihan” İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, öldürülən qız rus əsilli və xristiandır. Ukrayna Daxili İşlər Nazirliyinin Krım Polis İdarəsinin rəisi Sergey Reznikov Simferopolda keçirdiyi mətbuat konfransında deyib ki, bu faciəvi hadisədə hər hansı dini motiv yoxdur: “Cinayəti araşdırırıq, Katya Korenin cinsi təcavüz məsələsi ilə bağlı öldürüldüyünü düşünürük. Adi bir cinayət hadisəsidir, qəti olaraq etnik və dini məqsədlə həyata keçirilməsinə dair bir iz yoxdur”.
Sergey Reznikov bildirib ki, istintaq çərçivəsində Katya Korenlə birlikdə oxuyan bir oğlan saxlanılıb. O, ilk ifadəsində qıza meşədə bir şey itirdiyi və onu tapmaqda yardım etməyi xahiş etdiyini, meşədə öldürdüyünü söyləyib. Lakin daha sonra ilk ifadəsindən imtina edib. Polis qatilin tapılması üçün dəlillər toplayır.
Qeyd edək ki, iki gün əvvəl Böyük Britaniyanın “Daily Mail” qəzeti bir gözəllik müsabiqəsinə qatılaraq 7-ci yeri tutan 19 yaşlı Katya Koren adlı müsəlman qızın itkin düşdüyünü və 1 həftə sonra meyitinin kənd yaxınlığındakı meşədən basdırılmış halda tapıldığını yazıb. Qəzet Katya Korenin şəriət qaydalarını pozaraq, modaya uyğun geyindiyi və gözəllik müsabiqəsinə qatıldığı üçün dostları tərəfindən daş-qalaq edilərək öldürüldüyünü, istintaq nəticəsində 3 müsəlman gənc saxlanıldığını yazıb. Guya saxlanılanlardan 16 yaşlı Bilal Qazıyev deyib ki, şəriət qaydalarını tətbiq ediblər və peşman deyil.

627