Yuri Lujkov xəstəxanaya düşüb
02 iyun 2011 13:02 (UTC +04:00)

Yuri Lujkov xəstəxanaya düşüb

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Yuri Lujkov Moskvadakı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Yuri Lujkovun böyrəyində daş var. O, hazırda özünü yaxşı hiss edir. Yuri Lujkov özü “RİA Novosti” agentliyinə açıqlamasında deyib ki, müəyyən prosedurları keçdikdən sonra xəstəxananı tərk edəcək, tamamilə sağlamdır.

Qeyd edək ki, Yuri Lujkov mer postundan uzaqlaşdırıldıqdan sonra Moskva Beynəlxalq Universitetində böyük şəhərlərin idarə edilməsi kafedrasına rəhbərlik etməyə razılaşıb.
# 434

Oxşar yazılar