Səna qan gölünə çevrilir
Yəmənin paytaxtı Səna şəhərində prezident Əli Abdulla Salehə sadiq hərbi qüvvələr və Xaşid tayfasının silahlı üzvləri arasında qanlı qarşıdurma davam edir. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, dünən gecədən bəri silahlı qarşıdurmada ən azı 37 nəfər həyatını itirib.
Ölənlər arasında həm Xaşid tayfasının üzvləri, həm də hərbçilər var. Əli Abdulla Salehin prezident postundan istefa verməsi yönündə müxalifətə dəstək verən Xaşid tayfasının lideri Şeyx Sadık əl-Ahmarın tərəfdarları isə hökumət binalarını ələ keçirmək istiqamətində cəhdlərini dayandırmırlar.
Bu arada Əli Abdulla Saleh özünə sadiq hərbi qüvvələrə müxalifət tərəfinə keçən hərbçiləri də güllələmə əmri verib. Səna şəhərində hökumət binalarının birinin mühafizəsini həyata keçirən hərbçilərə qırıcı təyyarələrdən atəş açılıb. Əli Abdulla Saleh bu hərbi birliyin komandirinin müxalifət tərəfinə keçməsindən şübhələnib.

456