10 yaşlı qız atasını həbsxanaya göndərdi
01 iyun 2011 22:27 (UTC +04:00)

10 yaşlı qız atasını həbsxanaya göndərdi

Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, 10 yaşlı qız məktəbə “Haribo” konfetinin qutusunu gətirib.

Uşaqlar məktəbdə konfet qutusunu açarkən təəccübləniblər. Qutuda içərisində kokain olan kiçik kisə olub. Kokaini qızın atası konfet qutusunda gizlədibmiş. Məktəb rəhbərliyi dərhal polisə məlumat verib. Evdə aparılan axtarış zamanı içərisində kokain və marixuana olan daha 100 belə kisə tapılıb.

Narkotik vasitələrin satışında şübhəli sayılan ata həbs edilib, 10 yaşlı qız isə anası ilə birlikdə sosial xidmət işçilərinin nəzarətində yaşayacaq.
# 566

Oxşar yazılar