İranda müxalifət liderinin qızı atasının dəfnində öldü
Lent.az-ın müxalifətyönlü “Kaleme” saytına istinadən verdiyi məlumata görə, Xalə Sahabi atasının dəfnində iştirak etmək üçün müvəqqəti həbsxanadan buraxılıb. Sayt 54 yaşlı Xalənin atasının dəfnindən əvvəl həbsxanada təhlükəsizlik qüvvələrinin işgəncəsinə məruz qaldığını yazıb. Xalənin ürəyi tutub və o, dəfn zamanı yerə yıxılıb.
İranın “Mehr” agentliyi isə Xalə Sahabinin şəkər xəstəliyindən əziyyət çəkdiyini yazıb.
Qeyd edək ki, İzətulla Sahabi mayın 29-da ağır ürək tutmasından komaya düşüb. Tehranda hospitala gətirilən Sahabi komadan çıxmayıb. İzətulla Sahabi 1953-cü ildən aktiv siyasətlə məşğul olub. O, islam inqilabından əvvəl və sonra 15 il həbsxana həyatı yaşayıb, İranın Büdcə və Planlaşdırma Təşkilatının rəhbəri olub. O, 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra həbs olunub və 11 il azadlıqdan məhrum edilib. Qızı Xalə də aktiv müxalifətçilərdən olduğu üçün həbs edilib.

462