“Rahibə”lər bankı qarət etdilər - FOTO
01 iyun 2011 16:42 (UTC +04:00)

“Rahibə”lər bankı qarət etdilər - FOTO

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, İllinoys ştatının Palos Heightste qəsəbəsində soyğuna məruz qalan TCF Bankının fotoşəkillərini jurnalistlərə paylayan polis bildirib ki, soyğunçular filmdəki kimi rahibə paltarı geyiniblər.
Mayın 31-də banka daxil olan soyğunçular 2 bank işçisi və mühafizəçini neytrallaşdırıb, pulları aldıqdan sonra qaçıb. Polis rahibə paltarı geyinmiş soyğunçuları axtarır.
# 416

Oxşar yazılar