Əhmədinejad Merkeli havada saxlayıb
Lent.az-ın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, mayın 30-da Angela Merkel və almaniyalı nazirləri aparan 2 təyyarə Avropa və Türkiyə sərhədlərini keçdikdən sonra İranın hava sahəsinə daxil olub.
İran rəsmiləri saat 01:00 radələrində Angela Merkelin olduğu “Boeing A 340” tipli təyyarənin ölkənin hava sahəsinə girişinə icazə vermədiklərini bildiriblər. İranın öncə uçuş icazəsi verdiyi təyyarə geri qayıdaraq, Türkiyə səmasında uçmağa başlayıb. Almaniyalı 4 nazirin və nümayəndə heyətinin olduğu ikinci təyyarəsi isə İranın hava sahəsindən keçərək Hindistana istiqamət götürüb. İranlı və türkiyəli rəsmlərlə əlaqə saxlayan alman pilotlar 10 min metr yüksəklikdə yaşanan böhranı aradan qaldıra bilməyiblər. Yalnız saat 03:00-da İran rəsmiləri təyyarənin ölkənin hava sahəsindən keçməsinə icazə veriblər. “Bild” qəzeti yanacağı tükənməkdə olan təyyarənin Ankaraya enməyi planlaşdırdığını, “Spiegel” jurnalı isə iranlı rəsmilərin alman pilotlara cavab vermədiyi üçün Türkiyə tərəfinin dövrəyə girdiyini yazıb.
2 saat ərzində təyyarədəki otağında yatan Angela Merkelin isə yaşananları sonradan öyrəndiyi bildirilir. Almaniyanın xarici işlər naziri Kuido Vestervelle baş nazirin təyyarəsinin İranın hava sahəsindən keçilməsinə icazə verilməməsini Almaniyaya qarşı hörmətsizlik kimi dəyərləndirib və İranın Almaniyadakı konsulunun Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.
Alman mətbuatı İran prezidenti Mahmud Əhmədinejadın şəxsi qərar qəbul edərək Angela Merkelin təyyarəsinin hava sahəsindən keçməsinə icazə verilməsini gecikdirdiyini yazıb. Hindistanın baş naziri Manmohan Singh ilə mətbuat konfransı keçirən Angela Merkel isə Hindistana sağ gəldiyi üçün xoşbəxt olduğunu dilə gətirib.

465