Əsəd amnistiya elan etdi
01 iyun 2011 10:42 (UTC +04:00)

Əsəd amnistiya elan etdi

Suriya prezidenti Bəşər Əsəd amnistiya aktını imzalayıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Müsəlman Qardaşları Hərəkatının üzvləri də daxil olmaqla, bir çox siyasi məhbuslar əfv olunub.

Bu vaxta qədər Müsəlman Qardaşları Hərəkatına üzv olmağa görə belə edam cəzası tətbiq olunub. Amnistiya bu il mayın 31-ə qədərki müddətdə cinayət əməlinə yol verənlərə aid edilir.

Qeyd edək ki, son 2 ayda Suriyada keçirilən hökumət əleyhinə aksiyalara sərt müdaxilə nəticəsində 1000 nəfərdən çox insan həyatını itirib. Suriya müxalifəti bu böyük amnistiya aktını da yetərli saymayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar