Ərdoğanın mühafizəçisi təkər altında qaldı
31 may 2011 18:59 (UTC +04:00)

Ərdoğanın mühafizəçisi təkər altında qaldı

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Hopada keçirdiyi mitinqdən əvvəl və sonra gərginliklər yaşanıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Hopadakı mitinqdən əvvəl bir qrup sahil yolu üzərində aksiya keçirib.

Aksiyada mitinq meydanına gedən vətəndaşların avtomobillərinə hücum edən üzü maskalı qrupa polis müdaxilə edib. Polisin bibər qazı atması nəticəsində ürək tutması keçirən 59 yaşlı bir nəfər dünyasını dəyişib. Gərginlik mitinqdən sonra da davam edib. Rəcəb Tayyib Ərdoğan Hopadan ayrılarkən bəzi qruplar avtomobillərə daş atmağa başlayıb. Bu əsnada baş nazirlik avtobusunun üzərində olan mühafizəçilərdən biri yerə düşərək arxadan gələn mühafizəçilərin avtomobilinin altında qalıb. Polis qrupu dağıtmaq üçün havaya atəş açıb.

Xəstəxanaya yerləşdirilən mühafizəçinin vəziyyətinin ağır olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar