Əfqanıstan  prezidenti NATO-nu müharibə ilə hədələdi
31 may 2011 12:49 (UTC +04:00)

Əfqanıstan prezidenti NATO-nu müharibə ilə hədələdi

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Karzai dinc insanları öldürən NATO-nu işğalçı elan etməklə hədələyib və bildirib ki, Əfqanıstan əvvəllər də belə qüvvələrə qarşı vuruşub.

Qeyd edək ki, NATO təyyarələri mayın 28-də Gilmənd əyalətində döyüşçülərin olduğu güman edilən 2 evi bombalayıb. Amma orada döyüşçülər olmayıb, evlərdəki 14 nəfər isə öldürülüb.

Mayın 30-da NATO rəhbərliyi və Ağ Ev Əfqanıstan xalqından üzr istəyiblər. Amma Karzai koalisiya qüvvələrinin “əhalini kütləvi şəkildə qırmasını” kəskin pisləyərək, onlara “sonuncu xəbərdarlıq” edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar