Saleh rəqiblərinə qarşı qırıcı təyyarələri işə saldı
31 may 2011 11:50 (UTC +04:00)

Saleh rəqiblərinə qarşı qırıcı təyyarələri işə saldı

Lent.az-ın “Reutres” agentliyinə istinadən verdiyi məlumata görə, 30 dinc sakin həyatını itirib. Yəmən prezidenti Əli Abdall Saleh şəhərə nəzarət edən qiyamçıların “əl-Qaidə” terror təşkilatının üzvləri olduğunu iddia edib. Şahidlər təyyarələrin qiyamçıların mövqeyini bombaladığını, bir neçə mərminin yaşayış evlərinə düşdüyünü bildiriblər.


Qeyd edək ki, Zincibar şəhəri mayın 29-da, bazar günü 300 nəfər silahlı qiyamçı tərəfindən ələ keçirilib. Bazar günü və bu həftənin birinci günü isə paytaxt Sənada prezident Əli Abdal Salehin tərəfdarları və əleyhdarları arasında qanlı və ağır döyüşlər davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar