Qəddafinin generalları qaçıb
31 may 2011 11:19 (UTC +04:00)

Qəddafinin generalları qaçıb

NATO qırıcı təyyarələri bu gecə Liviyanın paytaxtı Tripoliyə zərbə endiriblər. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ölən və yaralananlar var.

Tripolinin bombalanması Cənubi Afrika Respublikasının prezidenti Ceykoba Zuma Liviya paytaxtından gedəndən dərhal sonra başlanılıb.

Ceykoba Zuma deyib ki, Liviya prezidenti Müəmmər Qəddafi Afrika Birliyinin Liviyada sülhün bərqərar olması üçün hazırladığı yol xəritəsini qəbul etməyə hazırdır.

Bu arada Liviya ordusundan 5 general, 2 polkovnik və bir mayor qaçıb. Onlar Romada mətbuat konfransı keçiriblər. General Malud Massud Xalasi deyib ki, onlarla birgə ümumilikdə 110 hərbçi qaçıb. O, Müəmmər Qəddafinin nəzarətində bir neçə yüz əsgər qaldığını bildirib.

İtaliya Xarici İşlər Nazirliyi isə Müəmmər Qəddafi ordusunun hərbçilərinin qaçışının İtaliya kəşfiyyatının peşəkar və davamlı fəaliyyətinin nəticəsi olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar