Serbiyalı insan “qəssab”ını türk hakim mühakimə edəcək
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Məhkəmənin sədri Patrik Robinson xaricdə olduğu üçün məhkəmənin sədri səlahiyyətlərini də ən təcrübəli hakim kimi türkiyəli Mehmet Güney yerinə yetirir. Mehmet Güney 1989-1998-ci illərdə Türkiyənin Kuba, Sinqapur və İndoneziyada səfiri, 1992-1997-ci illərdə BMT Beynəlxalq Hüquq Komissiyasının da üzvü olub.
Qeyd edək ki, 1990-cı illərdə bosniyalılara qarşı kütləvi qətliamlarda ittiham olunan Ratko Mladiçlə bağlı 1993-cü ilə Laheydə Sabiq Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsi yaradılıb. Bu məhkəmədə çoxlu sayda sabiq serb rəsmiləri mühakimə olunaraq cəzalandırılıb.
Srebrenitsa qətliamında iştirak edən Ratko Mladiç bütün dünyada böyük reaksiya doğuran bu hücumdan sonra verdiyi açıqlamada “bu, mənim serb millətinə hədiyyəmdir, 14-cü əsrdə başlayan və 5 əsr sürən türk hakimiyyətinin intiqamını aldıq” demişdi.

569