Suriyada bu cümə də qan axdı
Hər cümə günü olduğu kimi bu gün də Suriyada cümə namazından sonra hökumət əleyhinə aksiyalar keçirilib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu dəfə də qan axıb.
Suriyada hökumət əleyhinə aksiyaların mərkəzi sayılan Dera şəhəri yaxınlığındakı Dael qəsəbəsində keçirilən aksiyaya polis atəş açmaqla müdaxilə edib. Şahidlər ən azı 3 nəfərin həyatını itirdiyini bildirirlər.
“Reuters” agentliyi isə Paytaxt Dəməşqin Katana məhəlləsində 2 aksiyaçının öldürüldüyü barədə məlumat yayıb. Ölkənin cənubundakı Der əl Zor bölgəsində də polisin atəş açması nəticəsində 2 aksiyaçı həyatını itirib. Liviya sərhədi yaxınlığındakı Zabadani qəsəbəsində isə 5 müxalif yaralanıb.
Suriyadakı müxalifətin Koordinasiya Komitəsi adlı qurumu isə bu gecə Suriyanın cənubundakı Deyil kəndində aksiyaçılara atəş açılması nəticəsində ən azı 4 nəfərin öldüyü barədə məlumat yayıb.
Laskiye, Banyas, Cable, Hama, Humus və Idlibdə şəhərlərində aksiyalar gecə yarısından başlayıb, səhərə qədər davam edib. Məqsəd gecə sayları az olan təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsindən yayınmaqdır.
Qeyd edək ki, keçən həftənin cümə günü Suriyada ən qanlı gün kimi yadda qalıb. Həmin gün ən azı 40 nəfər öldürülüb.

462