Suriya müxalifəti Antalyada toplantı keçirəcək
27 may 2011 15:05 (UTC +04:00)

Suriya müxalifəti Antalyada toplantı keçirəcək

Dünyanın dörd tərəfindən gələn suriyalılar ölkələrindəki müxalifətə dəstək üçün Antalyada toplanmağa başlayıblar. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Suriya müxalifəti mayın 31-də Antalyadakı toplantı keçirəcək.

Suriyalılar Türkiyənin Əsad rejiminə xəbərdarlıq etməsini istəyirlər. Suriya İnsan Haqları Dərnəyinin rəhbəri Ammar Kurabi ölkəsindəki qətliamın dərhal dayandırılmasını istədiklərini söyləyib. Ammar Kurabi Türkiyədəki kimi demokratiya və sərbəst partiyaların yaranmasını, insanların sərbəst şəkildə haqlarından istifadə etməsini istədiklərini bildirib: “İşgəncə və qətliamlar dayandırılmalıdır. Bunun üçün də demokratiyadan başqa çarəmiz yoxdur".

Ammar Kurabi Suriya hökumətinin xalqın istəklərinə atəş açaraq cavab verdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar