“Taliban” “Aşkı Memnu”ya qarşı savaşa başladı
Əfqanıstanda izlənmə rekordları qıran “Aşk-ı Memnu” teleserialı ölkədə böyük bir mübahisənin başlamasına səbəb olub. Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ səfirliyi tərəfindən əfqan dilinə dublyajı maliyyələşdirilən və TOLO telekanalında yayımlanan teleserial islamçıları qəzəbləndirib.
Tərcümə versiyasında aktrisa Beren Saatın oynadığı Bihter obrazı öz adı ilə qalıb, Kıvanc Tatlıtuğun oynadığı Behlül obrazı isə Bəhruz kimi təqdim olunur. “Taliban” tərəfdarları həftədə 5 bölümü yayılan teleserialın əfqan ailə quruluşuna zərər verdiyini iddia edərək internetdə kampaniya başladıblar.
“Global Post” qəzetinin yazdığına görə, “Eshq al Mamnou” adı ilə yayımlanan teleserialı əxlaqsızlıq kimi qiymətləndirən radikal islamçılar forumlarda yazdıqları mesajlarda “Taliban” liderlərini TOLO-nun Kabildəki binasına hücum edərək bu teleserialın yayımını əngəlləməyə çağırırlar.
Qeyd edək ki, Əfqanıstanda “Aşk-ı Memnu” teleserialı yayımlandığı saatlarda həyat faktiki dayanır. Beren Saat Əfqanıstanda yeni seks simvolu halına gəlib, Kıvanc Tatlıtuğ isə kişilərin ən çox qısqandığı şəxsdir.

478