Denktaşın vəziyyəti ağırdır...
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu və ilk prezidenti Rauf Dektşaşın səhhətində ciddi problemlər qalmaqdadır.
Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, Yaxın Şərq Universitetinin xəstəxanasında müalicə alan 87 yaşlı Rauf Denktaş tənəffüs çatışmazlığından əziyyət çəkir və onun ağciyərlərinin yetərincə oksigenlə təmin olunması üçün oksigen balonu vasitəsilə dəstək verilir.
Professor Erkan Kaptanoğlu deyib ki, Rauf Denktaşın beynində damarların birində yaranmış problem sürətlə aradan qaldırılsa da, ağciyərlərdə tənəffüs çatışmazlığı vəziyyəti ağırlaşdırmağa başlayıb. O, Rauf Denktaşın durumunun stabil və ağır olduğunu bildirib: “Hələ ki, beyindəki başqa damarlarda tıxanma, beyin qanaması yoxdur. Rauf Denktaşın nevroloji baxımdan vəziyyəti stabildir. O, hazırda yeriyə biləcək vəziyyətdə deyil. Xəstəxananın bütün personalı çalışır...”

572