Avropada “stress testi”
26 may 2011 15:37 (UTC +04:00)

Avropada “stress testi”

Yaponiyadakı “Fukushima-1” Atom Elektrik Stansiyasının (AES) zəlzələ və sunami nəticəsində qəzalı vəziyyətə düşməsi ilə başlayan nüvə qorxusu dünyada AES-lərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Lent.az-ın “trt.net.tr” saytının rəsmi saytına istinadən verdiyi məlumata görə, qəzadan sonra böyük təşviş yaşayan Avropa Birliyi ölkələrində AES-lər yoxlamadan keçiriləcək. Qərar Avropa Komissiyası ilə Avropa Birliyi üzvü olan 27 ölkənin mütəxəssisləri tərəfindən verilib. Qərara görə, qəzalar, təbii fəlakətlər və terror hücumlarına qarşı təsislərdə görülən tədbirlərin kifayət edib-etmədiyi müəyyənləşdiriləcək. “Stress testi” adı verilən yoxlamalar iyunun 1-də başlayacaq. Bu çərçivədə AES-də testlər keçiriləcək.

İsveçrə hökuməti isə daha da irəli gedərək AES-lərini 50 illik istifadə müddətinin tamamlanacağı 2019 və 2034-cü illərdə bağlamağı qərara alıb. Bundan sonra isə ölkədə yeni AES inşa edilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar