Qəddafi hökuməti müharibəni başa çatdırmağı təklif edib
Liviyanın baş naziri əl-Bağdadi əl-Mahmudi müharibənin dayandırılması, müxalifət qüvvələri ilə barışığın elan olunması və cəmiyyətin maraqlarına cavab verən yeni hökumətin yaradılması barədə xarici ölkələrin dövlət başçılarına müraciət edib. Lent.az-ın “The İndependent” qəzetinə istinadən verdiyi məlumata görə, Liviya hökuməti müxalifətə amnistiya tətbiq etməyi və ölkənin yeni Konstitusiyasını hazırlamağı təklif edir.
Qəzetin əldə etdiyi məktubda baş nazir vurğulayır ki, Liviya 3 ay əvvəlki Liviyadan tamamilə fərqlənəcək. Əl-Bağdadi əl-Mahmudi ehtiyacı olan bütün liviyalılara humanitar yardım göstərilməsini zəruri sayıb: “Zorakılıq birləşmə ilə əvəzlənməlidir. Bütün tərəflər özlərində dalandan çıxmağa cəsarət tapmalı və ümumi razılığa gəlməlidirlər”.
Ancaq müraciətdə Liviya prezidenti Müəmmər Qəddafinin gələcəyinə aydınlıq gətirilməyib. Bundan əvvəl Liviya prezidentinin oğlu Seyf əl-İslam deyib ki, keçid dövründə atasının ölkəyə rəhbərlik etməsi zəruridir.

Oxşar yazılar

Qonşu ölkədə təyyarə qəzaya uğradı-FOTO
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı - FOTO
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48