BMT Təhlükəsizlik Şurasına Suriya hakimiyyəti əleyhinə qətnamə layihəsi təqdim olundu
Böyük Britaniya, Fransa, Almaniya və Portuqaliya Suriya hakimiyyətinin hökumət əleyhinə keçirilən aksiyaların iştirakçılarına qarşı təzyiqləri mühakimə edən qətnamə layihəsi hazırlayıb.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının 15 üzvünə təqdim olunub.
Qətnamə layihəsində Suriyada aksiyaçılara qarşı təzyiqlərin dərhal dayandırılması tələb olunur. Qeyd edilir ki, Suriya hakimiyyəti mütəmadi olaraq dinc aksiyaçıları öldürür, saxlayır, işgəncə verir. Layihə müəllifləri BMT-ni Suriyada baş verən hüquq pozuntularını araşdırmağa da çağırıb.
Qeyd edək ki, keçən həftə də Avropa dövlətləri ABŞ-ın dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamə qəbul edilməsinə çalışsalar da, Rusiya bunun əleyhinə çıxıb. Çin və Hindistan isə böhranın dinc yolla həllinə çağırıblar.

472