Tiflisdə müxalifətin aksiyası dağıdıldı
Gürcüstan polisi mayın 25-dən 26-a keçən gecə paytaxt Tiflisdə parlament binası qarşısında keçirilən aksiyanı dağıdıb.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, polisin yaydığı məlumatda qeyd olunur ki, Tiflis meriyası müxalifətə 21-25 may tarixlərində aksiya keçirməyə icazə verib və mayın 25-dən sonra keçirilən aksiyalar qanunsuz olduğu üçün polis xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı müqavimət göstərən bir neçə aksiya iştirakçısı saxlanılıb. Bu arada Tiflisdə Respublika Xəstəxanasında müxalifət lideri Nino Burcanadzenin oğlu Anzor Bitsadzenin də saxlanıldığı məlum olub. Anzor Bitsadze Nino Burcanadzenin yanında saxlanılıb. Nino Burcanadze oğlu ilə birlikdə keçirilən aksiya zamanı xəsarət alan insanlara baş çəkmək üçün xəstəxanaya gəlibmiş.
Gürcüstan mətbuatı mitinq dağıdılan zaman polislərin üzərinə avtomobil sürən şəxsin də Nino Burcanadzenin həyat yoldaşı Badri Bitsadze olduğu barədə məlumat yayıb. Hadisə zamanı 1 polis həyatını itirib. Badri Bitsadzenin yeri məlum deyil.

510