Yəməndə qanlı döyüşlər gedir
Yəmənin paytaxtı Səna şəhərində prezident Əli Abdull Salehə sadiq hökuməti qüvvələri və Xaşid tayfasının silahlı üzvləri arasında qanlı döyüşlər davam edir.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Haşid tayfasının digər üzvlərinin şəhərə daxil olmasının qarşısını almaq üçün Prezident Qvardiyası paytaxtın bütün girişlərini bağlayıb.
Səna aeroportu da bağlıdır. Bütün təyyarələr Ədən aeroportuna istiqamətləndirilir. Artıq silahlılar Prezident Sarayı yaxınlığındakı bir neçə binanı da ələ keçiriblər. Hazırda Sənaye və Ticarət Nazirliyi, SABA Dövlət İnformasiya Agentliyi və “Yemenia” aviaşirkətinin binası silahlıların nəzarətindədir.
Toqquşmalarda 50 nəfərə yaxın insanın öldüyü bildirilir.

532