Almaniyada təhlükəli yoluxucu xəstəlik yayılır
25 may 2011 15:38 (UTC +04:00)

Almaniyada təhlükəli yoluxucu xəstəlik yayılır

Almaniyanın şimalında mədə-bağırsaq sistemində ciddi fəsadlara yol açan təhlükəli yoluxucu xəstəlik yayılır. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, almaniyalı alimlər hələ ki, bu xəstəliyə səbəb olan “Escherichia coli” (EHEC) bakteriyasının ocağını tapa bilmirlər.

Hazırda Almaniyada 460 nəfərin bu xəstəliyə yoluxması halı qeydə alınıb. Şlezviq-Qolşteyn federal torpağında və Hamburqda xəstəliyə yoluxanlar daha çoxdur. Yoluxucu xəstəlik dünən gecə Bremendə gənc qadının, bazar günü isə Dipxolts şəhərində 83 yaşlı qadının ölümünə səbəb olub. Bu xəstəlik insanlar ərzaq məhsullarından, xüsusən ət və süd məhsullarından keçir. ENES bakteriyası yaxşı yuyulmamış tərəvəzdən də insana keçir.

Bu xəstəliyə yoluxan insanların temperaturu qalxır, qusurlar. Belə xəstələrin müalicəsi 10 gün çəksə də, xəstəlik uşaq və qocalarda ağırlaşmalara yol açır, həyat üçün təhlükəli olur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar