Yəməndə döyüşlər yenidən başladı
25 may 2011 15:32 (UTC +04:00)

Yəməndə döyüşlər yenidən başladı

Yəmən müxalifəti ilə birləşən nüfuzlu Xaşid tayfasının üzvləri və hökumət qüvvələri arasında paytaxt Səna şəhərində qanlı qarşıdurmalar yenidən başlayıb. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, silahlılar “Yemenia” dövlət aviaşirkətinin əsas ofisinə nəzarəti ələ keçiriblər.

Xaşid tayfasının üzvləri Sənaye və Ticarət Nazirliyinin və SABA Dövlət Agentliyinin binasını da əllərində saxlamaqda davam edirlər. Ən qanlı döyüşlər Xaşid tayfasının lideri şeyx əl-Ahmarın yaşadığı evin yerləşdiyi əl-Hasaba məhəlləsində gedir. Döyüşlər zamanı ən azı 10 tank əleyhinə raket atılıb. Silahlılar paytaxtdakı digər dövlət binalarına da hücum edirlər.

Bu həftənin birinci günündən başlayan qanlı qarşıdurmalarda 14 nəfəri hərbçi olmaqla, ən azı 44 nəfər həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar