Misirdə 17 yeni ehram aşkarlandı
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, infraqırmızı şüalar yer altındakı gizli obyektləri aşkarlamağa imkan verir.
Bu yolla alimlər indiyə qədər Misirdə 100-dən çox qəbir, 3 min qədim yaşayış məskəni aşkarlayıblar. Kosmosdan çəkilən şəkillər vasitəsilə aşkarlanan yer altındakı ehramların üzə çıxarılması istiqamətində iş başlayıb və artıq 2 ehramın müəyyən hissəsi üzə çıxarılıb.
Alabama ştatındakı yerləşən Birminqem Universitetinin professoru Sara Parkak deyib ki, Nil çayının gətirdiyi lilin və suyun örtdüyü qədim yaşayış məskənləri və ehramların kəşfi istiqamətində də iş aparacaqlar. Onun sözlərinə görə, süni peyklərdən 700 kilometr yüksəklikdən göndərilən infraqırmızı şüalar yer altında radiusu 1 metr olan obyekti belə üzə çıxarmağa qadirdir.

732