Ankara Qəddafini tamam “silib”
Mayın 23-də Ankaraya gələn Liviya qiyamçılarının lideri Mustafa Abdulcəlil prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Mustafa Abdulcəlil Türkiyənin hazırladığı yol xəritəsini dəstəklədiklərini bildirib.
Əhməd Davudoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Liviya Müvəqqəti Milli Şurasının sədri olan Mustafa Abdulcəlil Türkiyənin mövqeyinin önəmli olduğunu vurğulayıb. O, Türkiyənin qan tökülməsini istəmədiyini və Liviya müxalifətinin bunu anladığını bildirib. Mustafa Abdulcəlil Binqazi bölgəsində hava və dəniz limanlarının inşası üçün də Ankaradan dəstək istəyib. Eyni zamanda Milli Şura sədri NATO-nun Liviyada keçirdiyi əməliyyatların xaç yürüşü deyil, dinc vətəndaşları qoruma aksiyası olduğunu iddia edib.
Türkiyənin hadisələrin başlamasından etibarən prinsipial mövqe sərgilədiyini söyləynə Əhməd Davudoğlu isə Milli Keçid Şurasını Liviya xalqının legitim və mötəbər təmsilçisi kimi gördüklərini söyləyib. O, digər tərəflərlə də müzakirələri davam etdirəcəklərini bildirib.
Türkiyə prezidenti Abdulla Gül isə Mustafa Abdulcəlillə görüşdə deyib ki, Liviyada keçmiş iqtidara yer yoxdur.

465