Qasırğa ABŞ-da bir şəhəri dağıtdı
23 may 2011 18:41 (UTC +04:00)

Qasırğa ABŞ-da bir şəhəri dağıtdı

Güclü qasırğa ABŞ-ın Missuri ştatında 89 nəfərin ölümünə səbəb olub. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, insan tələfatı ştatın cənub-qərbindəki Coplin şəhərində qeydə alınıb.

Şəhərin 30 faizə qədəri dağılıb. “John Miller”, “Home Depot”, “Walmart” kimi böyük mağazalar, yanacaqdoldurma stansiyaları və binalar yerlə bir olub. “Walmart” ticarət mərkəzində yüzlərlə insanın qaldığı güman edilir. Şəhərə həkim briqadaları axışır. İnsanlar dağıntılar altında sağ qalanları çıxarmaq üçün çalışırlar.

Şəhərin xəstəxanası da ciddi zərər gördüyü üçün xəstələr və həkimlər evakuasiya edilirlər. Pəncərələri dağılan xəstəxanadan 70 kilometr uzaqlıqda bir evin bağçasında tibbi ləvazimatlar tapılıb. Ştatda fövqəladə vəziyyət elan olunub. ABŞ prezidenti Barak Obama da artıq şəhər əhalisinə başsağlığı verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30