Qadın avtomobil sürdüyü üçün həbs olundu
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, o, mübarizə kampaniyası üçün “Facebook” və “Youtube”-dən də yararlanıb. Malan əl-Şərif “Facebook” sosial şəbəkəsində “mənə necə avtomobildən istifadə edildiyini öyrət ki, özümü qoruyum!” adlı səhifə açıb, 12 min dostu olub. O, hakimiyyətdən qadınların avtomobil sürməsinə qoyulan qadağanın qaldırılmasını tələb edib. Malan əl-Şərif və dostları iyunun 17-də Səudiyyə Ərəbistanında çoxlu sayda qadını avtomobil sürməyə çağırmışdılar.
Səudiyyə Ərəbistanının şərqindəki Xobar şəhərində avtomobil sürən Malan əl-Şerifin bu görüntüləri internetdə də yayımlanıb. Hüquq müdafiəçiləri Malan əl-Şərifin əxlaq polisi tərəfindən saxlanıldığını bildiriblər. Səudiyyə Ərəbistanı dünyada qadınların avtomobil sürməsinə qadağa qoyan yeganə ölkədir.

611