ABŞ-ın İsrailə və HƏMAS-a “hədiyyəsi”
ABŞ-ın Federal Məhkəməsi İranı İsraildə törədilən terror aksiyasına görə cərimələyib. Həmin qərara əsasən, Tehran terror aksiyasından ziyan çəkmiş Amerika vətəndaşlarına 300 milyon dollar kompensasiya verməlidir.
“Associated Press”-in məlumatına əsasən, bu iddia ilə 2003-cü ildə Qüdsdə baş vermiş partlayış nəticəsində həlak olmuş Alan Biranın ailəsi, eləcə də 1995-ci ildə Qəzza zolağında intiharçının hücumu nəticəsində atası və qardaşı yaralanmış Set Heym çıxış edib.
Həmin partlayışın məsuliyyətini HƏMAS və “İslami cihad” öz üzərinə götürmüşdü. İranın bu təşkilatları rəsmi olaraq dəstəklədiyini bəyan etməsini əsas götürən məhkəmə, amerikalılara dəyən ziyanın da Tehran tərəfindən ödənilməsi barədə qərar çıxarıb.
Kompensasiyanın faktiki olaraq alınması üçün vəkillər İran hakimiyyətinin ABŞ-da və ya istənilən dövlətdəki mülkünü aşkarlayıb, məhkəmənin qərarını icra edəcəklər.
ABŞ Dövlət Departamenti Fələstindəki “Ceyş-ül –İslam”ı (“İslam Ordusu”) “əl-Qaidə” ilə əlaqədə suçlu bilərək, terrorçu təşkilatlar siyahısına daxil edib. Hazırda Departamentin “qara siyahı”sında 48 təşkilat var. Onların arasında “İslam müqavimət hərəkatı” (HƏMAS), Fələstinin “İslami-cihad”, “Əl-Əksa əzakeşlər briqadası” (FƏTH-in silahlı qanadı), Fələstinin “Azadlıq cəbhəsi”, “Fələstin Xalq Azadlıq Cəbhəsi”, Livan “Hizbullah”ı ilə yanaşı, yəhudilərin “Kahane xay” təşkilatı da var.
“İslam Ordusu” Qəzzadakı Duqmuş tayfası tərəfindən yaradılıb. Qurumun 2006-cı ildə İsrail əsgəri Qilad Şalitin oğurlanmasında iştirak etdiyi və 2007-ci ildə ingilis jurnalisti Alan Constonu oğurlamaqda məsuliyyət daşıdığı bildirilir.
2009-2011-ci illərdə «İslam ordusu» Misirin Sinay və İsgəndəriyyə şəhərləində bir sıra terror aksiyaları gerçəkləşdirib. Qəzza zolağında italiyalı Vittorio Arriqoninin qətlində onların iştrak etdikləri güman olunur.
Məlumatlara əsasən, “İslam Ordusu” Qəzzada HƏMAS-la müttəfiqlikdən rəqibə və düşmənə çevriliblər. Özünü “bin Ladenin davamçısı” sayan, Duqmuş ailəsinin ağsaqqallarına tabe olan “ordu” yaraqlılarına HƏMAS polisi və xüsusi xidməti nəzarət edə bilmir. Qeyd edək ki, “İslam Ordusu” B.Netanyahunun ABŞ-a səfərindən bir gün öncə “qara siyahı”ya daxil edilib.
Bununla da Departament həm İsrailə, həm də HƏMAS-a “hədiyyə” edib…
Sədrəddin Soltan

549