Türkiyədə naməlum heyvan sümükləri tapıldı - FOTO
22 may 2011 01:59 (UTC +04:00)

Türkiyədə naməlum heyvan sümükləri tapıldı - FOTO

Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, skeleti torpağın altından çıxaran ev sahibi Cihan Yılmaz onun şəklini çəkərək, İstanbuldakı bir muzeyə göndərib.

Muzey rəsmiləri isə şəkilin fotomontaj olduğunu, belə bir canlının mövcud olmadığını bildiriblər. Onlar tapılan skeletin hansı heyvana aid ola biləcəyinə dair fikir yürüdə bilməyiblər.

Tarixi evin sahibi isə deyib ki, skeletə görənlərin heç biri gözlərinə inanmır: “Heç kəs iki ayaqlı belə bir heyvanın olduğuna inanmır. Burdan rəsmilərə çağırış edirəm. Ola bilsin, torpağın altında başqa skeletlər də olsun, gəlib, axtarış aparsınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010

Oxşar yazılar