Gürcüstanda etiraz aksiyaları başladı
21 may 2011 18:46 (UTC +04:00)

Gürcüstanda etiraz aksiyaları başladı

Lent.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, meydana 3 – 5 min insanın toplaşıb.

Aksiyanın təşkilatçısı “Xalq yığıncağı”dır. Qurumun liderlərindən biri Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadzedir. Təşkilatçılar mayın 25-dək mitinq keçirəcəklərini bildiriblər. Onlar saat 13:00-dan etibarən 3 istiqamətdə - Filarmoniya, “Avlabar” metro stansiyası və “Qızılgül inqilabı” meydanında toplaşaraq, Azadlıq Meydanına istiqamətləniblər. Tədbirin dəqiq keçirilmə planı açıqlanmır. Aksiyanın keçirildiyi yerə Gürcüstan polisi gəlib. Nümayişçilər və ya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hər hansı qayda pozuntuları barədə məlumat yoxdur.

Qeyd edək ki, istefası tələb olunan Gürcüstan prezidentinin aksiya vaxtı Macarıstana səfəri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar