İran 30 ABŞ casusunun həbs olunduğunu açıqladı
Lent.az-ın İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, nazir 30-dək həbsin həyata keçirildiyini bildirib.
Moslehi ABŞ xeyrinə casusluq və təxribatlarla məşğul olan qrupun fəaliyyətini İran kəşfiyyatı və əks-kəşfiyyatının nəhəng işi sayəsində dayandırdıqlarını vurğulayıb. Casuslara ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərlik edib. İranlıların “verbovka”sında ABŞ-ın BƏƏ, Malayziya və Türkiyədəki diplomatik nümayəndəlikləri iştirak ediblər. Casuslar Elmi-Tədqiqat İnstitutları, universitetlər, nüvə obyektlərini izləyiblər.
Qeyd edək ki, İran sonuncu dəfə əcnəbi casuslar şəbəkəsini yanvarda üzə çıxarıb. Həmin vaxt izlənilmə, təxribat və sui-qəsd İsrailin “Mossad” təşkilatının üzərinə qoyulub.

587