Butan kralı sadə ailədən olan qızla evlənir
Lent.az-ın məlumatına görə, bu barədə 31 yaşlı monarxın özü açıqlama verib.
O, “Mənim də evlənmək vaxtım gəldi. Çox fikirləşdim və qərara gəldim ki, toy bu ili keçməsin” deyib. Kral seçdiyi qız barədə də danışıb: “O, gənc olsa da, xeyirxah ürəkli və xarakteri ilə seçilir. Bu keyfiyyətləri ilə yanaşı, yaş və təcrübəsi ilə formalaşacaq müdrikliyi ondan millətə layiqli xadim yetişdirəcək”.
Kralın gələcək həyat yoldaşı İngiltərənin paytaxtı Londondakı Ricents kollecində oxuyur. Kral Kxesar da vaxtilə Böyük Britaniyada təhsil alıb və Oksford Universitetində politologiya üzrə dissertasiya müdafiə edib. 2006-cı ildə əvvəlki islahatçı kral Ciqme Sinqye Vanqçuk hakimiyyəti könüllü olaraq oğlu Kxesara verib və ölkədə demokratik prosesə təşəbbüs göstərib. Bu isə mütləq monarxiyanın konstitusiyalı monarxiyaya transformasiyası ilə yekunlaşıb. 2008-ci ilin noyabrında Ciqme Kxesar Namqyal Vanqçukun tacqoydusu olub.
Qeyd edək ki, Butan Hindistanla Çin arasında yerləşən 700 min sakinin yaşadığı ölkədir.

573