MHP-də seks kaseti şoku: bir gündə 5 istefa
Lent.az-ın məlumatına görə, özlərini “fərqli ülküçülər” adlandıran qrup adından yayılan kompromat materiallardan sonra Dövlət Baxçalının 5 müavini mayın 21-də istefa verib.
Baxçalının seks görüntüləri internetə düşən müavini Məhmət Əkici partiyadakı vəzifələrindən və üzvlüyündən istefa verib, Yozqat millət vəkilliyinə namizədlikdən geri çəkilib.
Partiyada baş verən istefa qalmaqalı bununla yekunlaşmayıb. Belə ki, Məhmət Əkicidən əlavə, partiyanın baş katibi Cihan Paçaçı da istefa verərək, MHP-yə şok yaşadıb.
Bütün bunların ardınca daha iki partiya funksioneri istefa ərizəsini yazaraq, MHP sıralarını tərk edib. Bunlar, Baxçalının müavini Ümit Şəfəq və Məhmət Taytakdır.
Qeyd edək ki, Məhmət Əkicinin videogörüntüləri ilə birlikdə yayılan məlumatlarda deyilirdi ki, növbəti videokaset MHP sədrinin digər müavini Osman Çakırla bağlı olacaq. Bu açıqlamanın ardından isə Osman Çakır daha görüntülər yayımlanmadan tutduğu vəzifədən və deputatlığa namizədlikdən ayrılmışdı.
Osman Çakır istefa səbəbini belə izah edib ki, ailəvi vəziyyəti və psixoloji şərtlər bu qərara gəlməsini şərtləndirib.
Məhmət Əkici isə “millətimdən üzr istəyirəm, mübarizəm yeni başlayır” - deyə, açıqlama verib.
Beləliklə, seks kasetləri ucbatından istefa verən müavinlərinin sayı 9-a çatıb.
Xatırladaq ki, bir neçə gün öncə MHP-nin daha 6 ciddi funskioneri ilə bağlı seks görüntülərin yayımlanacağı bildirilmiş, partiya sədri Dövlət Baxçalı isə “əlinizdə nə varsa, yayımlayın” deyə, qarşı tərəfə meydan oxumuşdu. O bildirmişdi ki, partiyadan heç kim istefa verməyəcək. Ancaq sadəcə bir gün də 5 istefa baş tutub.

Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14