Dövlət Baxçalının daha iki müavini seks kasetinin qurbanı oldu
21 may 2011 13:15 (UTC +04:00)

Dövlət Baxçalının daha iki müavini seks kasetinin qurbanı oldu

Özlərini “fərqli ülkücülər” adlandıran qrup tərəfindən bu günə qədər 4 fərqli videogörüntüyə 2 yeni video əlavə olunub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ötən həftə daha 6 kaset yayımlayacaqlarını bildirən qrup MHP sədri Dövlət Baxçalıdan “sadəcə əlinizdəkini yox, nə varsa, açıqlayıb” cavabını almışdı.

Bu gün isə partiya sədrinin müavini Məhmət Əkicinin bir qadınla çəkilmiş görüntüləri yayılıb. Videoları yayan qrup növbəti kadrların Baxçalının digər müavini Osman Çakıra aid olacağını bildirib.

Bunun ardınca isə Osman Çakır partiyadakı vəzifələrindən, üzvlükdən və Samsun millət vəkilliyinə namizədlikdən geri çəkildiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar