“Apple” partladı
Mayın 20-də Çinin cənub-qərbindəki Çendu şəhərində elektronika zavodunda partlayış baş verib. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 2 nəfər ölüb, 16 nəfər yaralanıb.
Partlayış baş verən zavod Tayvanın “Foxconn” şirkətinə məxsusdur. Bu şirkət “Apple” markası altında məhsul buraxan ən böyük şirkətlərdən biridir. Partlayış “iPad 2” planşetlərinin istehsal edildiyi binada olub.
Hadisə zamanı binada bir neçə yüz adamın olduğu bildirilir.
Çin hökuməti araşdırmalara başlayıb. İstisna deyil ki, partlayışa təhlükəsizlik texnikasının pozulması səbəb olub.

929